AZ EN RU

Operativ vergi nəzarəti tədbirləri davam etdirilir

    Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli qurumları tərəfindən noyabr ayında muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə yoxlama və monitorinqlər davam etdirilib,               4 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkar olunub. Operativ vergi nəzarəti tədbirləri zamanı           1 vergiödəyicisində “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşınması, 2 şəxsdə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığortahaqqının ödənilməsi haqqında qəbz”in alınmaması və 1 şəxsin isə vergi orqanlarında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olması faktları aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Naxçıvan Muxtar Respublikası 
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

Nəşr edilib : 07.12.2022 19:28