AZ EN RU

"Omikron" ştamının yalançı əlaməti aşkarlanıb

Koronavirusun "omikron" ştamının yalançı əlaməti aşkarlanıb.

Bunu Almaniyanın "ZOE COVID Study" mütəxəssislərinin dərc etdiyi araşdırmanın nəticələri sübut edir.

Tədqiqata əsasən məlum olub ki, mədə-bağırsaq sistemində problemlərin olması həmişə COVID-19 infeksiyasını göstərə bilməz.

Koronavirusun simptomlarını izləmək üçün xüsusi proqram yaradan mütəxəssislərin fikrincə, ötən il dekabrın ortalarından cari il yanvarın sonuna kimi mədə-bağırsaq traktının problemləri ilə bağlı şikayətlərdə artım müşahidə olunub.

Alimlər bunu bağırsaq xəstəliklərinin mövsümü ilə əlaqələndirirlər, lakin bəzi hallarda mədə-bağırsaq traktında problemlər COVID-19 infeksiyasına işarə edə bilər.

Nəşr edilib : 07.02.2022 17:04