AZ EN RU

Ombudsmanın kollektivi 8 Noyabr Zəfər Günü münasibətilə Zəfər parkını ziyarət ediblər

44 günlük Vətən müharibəsi Azərbaycan xalqının mübarizliyini və yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi. Döyüş meydanında göstərilən əzmkarlıq və möhtəşəm liderlik iradəsinin məntiqi yekunu olaraq parlaq Zəfər qazanıldı, tarixi ədalət bərpa olundu.

Ombudsman Günay Rzayeva və Aparatın əməkdaşları 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, respublikamızın ərazi bütövlüyünün bərpası və suverenliyinin bərqərar olması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər, Zəfər Abidəsinin önünə gül dəstələri qoyublar.

Həmçinin, Ombudsman Günay Rzayeva bir qrup müharibə veteranı ilə görüşərək, Vətən müharibəsində Zəfər qazanılması sahəsindəki onların müstəsna xidmətlərini vurğulayıb. O, qəhrəman və rəşadətli ordumuzun Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı düşməndən azad edərək tarixi ədaləti bərpa etdiyini diqqətə çatdırıb.

Naxçıvan Muxtar Respublikası

İnsan Hüquqları üzrə Müvəkkilinin

(Ombudsmanın) mətbuat xidməti

Nəşr edilib : 08.11.2023 19:49