AZ EN RU

Ombudsman Səbinə Əliyeva Naxçıvana səfər edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib.  

Səfər çərçivəsində qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər. Sonra qonaqlar muzeyin fond eksponantları ilə tanış olublar.

Qeyd edək ki, iyunun 13 və 14-də Naxçıvan şəhərində "Həssas miqrantların hüquqlarının təmin edilməsi. Miqrasiya və sığınacaq idarəçiliyi. Monitorinq mexanizmi" mövzusunda təlim keçiriləcək.

Nəşr edilib : 12.06.2023 14:03