AZ EN RU

Ombudsman: Prezidentin imzaladığı əfv sərəncamı insan hüquq və azadlıqlarına verilən dəyərin göstəricisidir

Əfv sərəncamı insan hüquq və azadlıqlarına verilən dəyərin göstəricisidir.
Bu sözləri Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamının icrası zamanı İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva deyib.
O bildirib ki, Azərbaycanın dövlətçiliyi tarixində ənənəvi olaraq bayramlar ərəfəsində Preziden İlham Əliyev əfv sərəncamları imzalanır:
"Bu ilki əfv sərəncamı müstəqillik ili ərəfəsində imzalandı. Bu sayca 70-ci əfv sərəncamıdır. Ümumilikdə, 154 məhkuma şamil edilib. Bu münasibətlə Prezidentə təşəkkürümü bildirirəm. Əfv sərəncamı insan hüquq və azadlıqlarına verilən dəyərin göstəricisidir. Bu sərəncam xarici ölkə vətəndaşlarına da şamil edilib. Onları və ailə üzvlərini təbrik edirəm".

Nəşr edilib : 26.05.2024 11:45