AZ EN RU

Ombudsman muxtar respublika sakinləri ilə görüş keçirib

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva müxtəlif əlamətdar günlərlə əlaqədar rayonlarda vətəndaş görüşləri keçirib.
Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə Ombudsman muxtar respublikanın bütün rayonlarında vətəndaşlarla  görüşüb. Görüşlər zamanı müraciət edən vətəndaşlardan 40-nın müraciəti araşdırma üçün icraata qəbul edilib. Digər müraciətlərlə bağlı vətəndaşlara yerində köməklik göstərilib, hüquqi məsləhətlər verilib.
Qeyd edək ki, daxil olan müraciətlərin əksəriyyətini əmək, sosial təminat, mülkiyyət, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ təşkil edib.

Naxçıvan Muxtar Respublikasının

İnsan Hüquqları üzrə Müvəkkilinin

Ombudsmanın) mətbuat xidməti

Nəşr edilib : 28.02.2024 14:12