AZ EN RU

Ombudsman Günay Rzayeva muxtar respublikanın rayonlarında vətəndaşları qəbulu edib

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən insan hüquq və azadlıqlarının müdafiəsi, onların problemlərinin yerində öyrənilib həll edilməsi məqsədilə mart ayı ərzində ombudsman Günay Rzayeva tərəfindən Culfa, Şahbuz, Babək, Şərur, Ordubad, Kəngərli və Sədərək rayonlarında vətəndaşların qəbulu keçirilib.

Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, həlli mümkün olan müraciətlər dərhal həll edilib. Müvəkkilin ünvanına daxil olmuş müraciətlər üzrə 24 şikayət və 29 ərizə araşdırılması üçün icraata qəbul edilib.

Naxçıvan Muxtar Respublikasının

İnsan Hüquqları üzrə Müvəkkilinin

(Ombudsmanın) mətbuat xidməti

Nəşr edilib : 17.03.2023 17:43