AZ EN RU

Ombudsman Günay Rzayeva məhkum qadınlarla görüşüb

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) mətbuat xidmətindən verilən məlumata görə, martın 7-də Beynəlxalq Qadınlar Günü ərəfəsində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Günay Rzayeva Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Qadınlar bölməsində cəza çəkən məhkum qadınlarla görüşüb.

Görüş zamanı Ombudsman Günay Rzayeva cəmiyyətin həssas qrupu olan qadın məhkumların hüquqlarının təmin olunması, onların islahı və hüquqi maariflənməsi sahəsində təsisat tərəfindən görülən işlər haqqında məlumat verib. Ombudsman qadın məhkumları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb.

Görüşdə qadın məhkumları maraqlandıran suallar cavablandırılıb.

Nəşr edilib : 07.03.2023 22:01