AZ EN RU

Ombudsman Günay Rzayeva internat məktəbindəki uşaqlara baş çəkib - FOTOLAR

Fevralın 10-da Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) preventiv mexanizm funksiyasının icrası məqsədilə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva tərəfindən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan M.Füzuli adına Ordubad şəhər tam orta internat məktəbinə başçəkmə həyata keçirilib.

Başçəkmədə məqsəd bu müəssisədə təhsil alan və yaşayan uşaqların saxlama şəraitinin və müəssisə əməkdaşlarının onlarla rəftarı məsələlərinin, habelə uşaqların hüquqlarının təmin olunması vəziyyətinin araşdırılması olub.  Ombudsman uşaqlarla fərdi və kollektiv söhbətlər aparıb.

Başçəkmə zamanı aşkar olunan çatışmazlıqlarla bağlı müəssisə rəhbərinə görülməli tədbirlər haqqında tapşırıq və tövsiyələr verilib, müəssisə əməkdaşları ilə hüquqi maarifləndirici müzakirələr aparılıb.

Nəşr edilib : 11.02.2023 18:58