AZ EN RU

Ölkəmizi ilk dəfə olaraq Avropa Tibb Tələbələri Assosiasiyasında təmsil edən Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi assosiativ üzv statusunu qazanıb

8-12 may tarixlərində Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin EMSA tələbə təşkilatının nümayəndə heyəti Almaniyanın Tübingen şəhərində EMSA Avropanın təşkil etdiyi 540-dən çox yaşı olan və reytinqlərdə dünyanın ən yaxşı 100 universiteti sıralamasında yer alan Eberhard Karls Tübingen Universitetinin Tibb Fakültəsində və fakültənin CRONA xəstəxanasında keçirilən “EMSA Yaz Assambleyası 2024”də iştirak edib.

Assambleya müddətində tibb tələbələri üçün simpoziumlar, treninqlər təşkil olunub. Bundan əlavə tədbirin əsas hissəsində keçirilən plenar iclasda EMSA-nın əsasnamə və nizamnaməsi ilə bağlı müzakirələr aparılıb, yeni Fakültə Üzv Təşkilatlarının, ölkə təşkilatlarının yaradılması səsverməyə qoyulub.

Qeyd edək ki, ölkəmizi ilk dəfə olaraq Avropa Tibb Tələbələri Assosiasiyasında təmsil edən Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi assosiativ üzv statusunu qazanıb, EMSA tələbə təşkilatı tvininq, treiner çağırma və digər hüquqlar əldə edib.

Tədbirin 3-cü günü Tvininq Market layihəsi keçirilib. EMSA Naxçıvanın  EIC (Avropa İnteqrasiyası və Mədəniyyəti Pilları) direktoru Elif Aslan və EMSA Naxçıvanın Prezidenti, lokal koordinatoru Əli Ələkbərlinin rəhbərlik etdiyi komanda heyəti Tvinininq Marketdə ölkəmizi təmsil edərək 5-dən çox universitetin Tibb fakültəsi ilə əməkdaşlıqla bağlı ilkin razılıq əldə ediblər.

Bundan əlavə tədbirin sosial proqramında şəhər turu, mahnı müsabiqəsi və yarışlar təşkil olunub.

Nəşr edilib : 17.05.2024 12:43