AZ EN RU

Ölkə xaricində olan idmançılar səsvermədə iştirak etdilər

Bu gün növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri günüdür. Seçkilərdə idmançılarımız da fəal iştirak edirlər.

Fransanın paytaxtı Paris şəhərində beynəlxalq təlim-məşq toplanışında olan Azərbaycanın cüdo üzrə kişilərdən ibarət milli yığma komandasının üzvləri, məşqçi və tibb heyəti də prezident seçkilərində fəal iştirak ediblər. Parisdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində 23 idmançımız səsvermə prosesinə qatılıb və öz seçimlərini ediblər.

Qazaxıstanın Almatı şəhərində təlim-məşq toplanışında iştirak edən stolüstü tennisçilərimiz də səsvermədə fəal iştirak ediblər. Seçmə komandamızın 5 üzvü səs verib.

Qeyd edək ki, güləş, atıcılıq, üzgüçülük və digər növlərdə də idmançılarımız səsvermədə fəal iştirak ediblər. Üzgüçülük üzrə İslam Həmrəyliyi Oyunlarının qalibi, Avropa çempionatının mükafatçısı Ramil Vəlizadə ilk dəfə səs verən idmançılarımızdan olub.

Nəşr edilib : 07.02.2024 16:49