AZ EN RU

Ölkə üzrə ümumi təhsil müəssisələrinin IV sinifləri üzrə keçirilən monitorinqdə Naxçıvan Muxtar Respublikasının ümumitəhsil məktəblərindən 5 minə yaxın şagird iştirak edib

Mayın 18-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən ölkə üzrə ümumi təhsil müəssisələrinin  IV sinifləri  üzrə  monitorinq keçirilib. Monitorinqdə Naxçıvan Muxtar Respublikasının  ümumitəhsil müəssisələrinin IV siniflərində təhsil alan 5 minə  yaxın şagird iştirak edib.  Monitorinqdə şagirdlərə tədris dili və riyaziyyat fənlərindən  ayrı- ayrılıqda 30 olmaqla ümumilikdə 60 sual təqdim olunub və 120 dəqiqə vaxt ayrılıb. Monitorinqlərin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, bilik və bacarıq göstəricilərinin  müəyyən edilməsi, eyni zamanda tədrisin keyfiyyətinin artırılmasıdır. 
Qeyd edək ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmiyəcək. 
Məlumat üçün bildirək ki, mayın 19-da isə ümumitəhsil müəssisələrinin VI sinifləri üçün monitorinq təşkil olunacaq.

Nəşr edilib : 18.05.2024 14:21