AZ EN RU

Ölkə başçısının 20 illik uğurlu prezidentlik fəaliyyətinə həsr olunmuş tədbirlər keçirilib

    Naxçıvan Dövlət Universiteti Beynəlxalq məktəbində “İlham Əliyev gerçəkliyi: davamlı inkişaf, qüdrətli dövlət, tarixi Zəfər” mövzusunda tədbir keçirilib.
    Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və şəhidlərimizin əziz ruhunun bir dəqiqəlik sükutla yad edilməsindən sonra universitetin rektoru Elbrus İsayev çıxış edərək bildirib ki, Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident cənab İlham Əliyev Ona olan ümidləri, etimadı doğrultdu. 
    Rektor uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimizdən geniş bəhs edərək vurğulayıb ki, bu, müstəqillik tariximizin ən parlaq səhifəsidir. Prezident cənab İlham Əliyevin hər bir qərarı, təşəbbüsü və addımı Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, xalqın birliyi və ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. 
    Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru Arzu Abdullayev çıxışında qeyd edib ki, Azərbaycanın son iyirmi ildə qazandığı misilsiz nailiyyətlər, birmənalı olaraq, möhtərəm Prezident cənab İlham Əliyevin müdrik siyasətinin, qətiyyətli, qüdrətli liderliyinin nəticəsi, bariz nümunəsidir.
    Tarix ixtisası üzrə II kurs tələbəsi Əziz Vəliyevin “Prezident İlham Əliyevin gənclər siyasəti gələcəyə hesablanmış uğurlu siyasətin təcəssümüdür” mövzusunda çıxışı dinlənilib, “İlham” adlı sənədli film nümayiş etdirilib. 

***

    Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsində keçirilən tədbirin əvvəlində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi Hafiz İsmayılbəyli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hakimiyyətinin 20 illiyi Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olub. Ölkə həyatının bütün sahələrində böyük uğurlar, misilsiz və qürurverici qələbələr əldə edilib. Bildirilib ki, Prezident cənab İlham Əliyevin yürütdüyü milli maraqlara söykənən xarici siyasət nəticəsində Azərbaycan müstəqil mövqeyi ilə seçilən dövlət olaraq beynəlxalq nüfuzunun möhkəmlənməsinə nail olub. 
    Sonda çıxışlar dinlənilib.

Xəbərlər şöbəsi

Nəşr edilib : 20.10.2023 21:26