AZ EN RU

Olimpiya kateqoriyalı hakim tərəfindən seminar keçirilib

    Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Güləş Federasiyasının birgə təşkilatçılığı ilə seminar keçirilib. Seminar nəzəri və praktik olmaqla iki mərhələdə təşkil edilib. Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbində keçirilən nəzəri seminarda olimpiya kateqoriyalı güləş hakimi Asif Şirəliyev güləşin yeni qaydaları haqqında məlumat verib. Sonra nüfuzlu güləş yarışlarını əks etdirən videogörüntülər vasitəsilə mübahisəli məqamlar şərh olunub, iştirakçılarla diskussiya xarakterli fikir mübadiləsi aparılıb.
    Seminarın ikinci mərhələsi praktik olaraq Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində həyata keçirilib. İdmançılar, məşqçilər və hakimlərin iştirak etdiyi seminarda yeni qaydalar praktik olaraq göstərilib, iştirakçıları maraqlandıran məqamlara aydınlıq gətirilib.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 18.04.2022 18:45