AZ EN RU

Olimpiada və fənn müsabiqələrinin rayon mərhələsi keçirilib

Martın 3-də muxtar respublikanın ümumi təhsil məktəblərinin V, VI və VII sinif şagirdlərinin iştirak etdiyi Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçirilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı" qəzetinə bildirilib ki, imtahanlar Naxçıvan şəhərində 2, rayonlarda isə 7 olmaqla ümumilikdə 9 mərkəzdə təşkil olunub və 1930  şagird iştirak edib.
   Qeyd edək ki, 2023–2024-cü tədris ilində VI-VII sinif şagirdləri arasında keçirilən fənn müsabiqələrinin təşkili qaydalarında dəyişikliklər edilib. Yeni qaydalara əsasən müsabiqənin iki mərhələsi qapalı test tapşırıqları formatında, final mərhələsi isə açıq tipli tapşırıqlardan ibarət olacaq. Eyni zamanda V sinif şagirdləri üçün keçirilən Lütfi Zadə adına məntiq olimpiadası cari tədris ilindən “Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası” adlandırılıb və şagirdlərə bu istiqamətdə müvafiq tapşırıqlar təqdim olunub. Olimpiadanın hər üç mərhələsi qapalı suallar formatında təşkil ediləcək.

Nail ƏSGƏROV

Nəşr edilib : 03.03.2024 15:26