AZ EN RU

Ödənişli xidmətlərdən daxilolmalarda 18,8 mln. manat artım müşahidə edilib

2023-cü ildə dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar ümumi gəlirlərin 2,3 faizi həcmində olmaqla 822,9 mln. manat təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 18,8 mln. manat və ya 2,3 faiz çoxdur. Bu barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin yaydığı 2023-cü il üzrə Azərbaycan Respublikası dövlət və icmal büdcəsinin icrasına (operativ) dair məlumatda bildirilir.

Məlumatda o da qeyd edilir ki, dövlət büdcəsinə sair daxilolmalar üzrə ümumi gəlirlərin 1,4 faizi həcmində və ya 495,9 mln. manat vəsait təmin olunub ki, bu da proqnoza nisbətən 37,3 mln. manat və ya 7,0 faiz azdır. Məqsədli büdcə fondlarının (Meşələrin qorunub saxlanması və təkrar istehsalı fondu, Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələrin xüsusi fondları, Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu) vəsaitinin qalığının həmin fondların gəlirlərinə aid olan hissəsi isə 22,6 mln. manat təşkil edib.

Nail ƏSGƏROV

Nəşr edilib : 25.01.2024 17:15