AZ EN RU

O, Fransanın ilk qadın əks-kəşfiyyat rəisi oldu

Selin Berton Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsinə (əks-kəşfiyyat) rəhbər təyin edilib.

O, bu postu tutan ilk qadındır.

Onun təyinatı barədə Fransanın daxili işlər naziri Jerald Darmanen “X” sosial şəbəkəsində məlumat verib:

“Bu gündən etibarən Selin Berton Daxili Təhlükəsizlik Baş İdarəsinin yeni baş direktorudur”.

Qeyd edək ki, əks-kəşfiyyatın rəhbəri kimi Berton dekabr ayında Fransa Xarici Kəşfiyyat Baş İdarəsinin rəisi təyin edilmiş Nikolya Lerneri əvəz edib.

Nəşr edilib : 09.01.2024 19:58