AZ EN RU

Numan Kurtulmuş: Yeni dünya nizamı Türkiyənin iştirakı ilə qurulacaq

Yeni dünya nizamı Türkiyənin fəal iştirakı və liderliyi ilə qurulacaq. Bu fikri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş səsləndirib.
Parlamentin spikerinin sözlərinə görə, Türkiyənin xarici siyasət kursunun prioritetlərindən biri də ədalətli dünya dəyərləri sisteminin formalaşdırılmasına töhfə verməkdir.
Numan Kurtulmuş vurğulayıb: “Türkiyə dövləti Prezident Rəcəb Tayyib Ərdoğanın simasında dəfələrlə bəyan edib ki, “dünya beşdən böyükdür” (BMT TŞ-nin beş üzvü nəzərdə tutulur). Bu gün qlobal dəyişikliklər, o cümlədən siyasi sahədə islahatlar məqamının yaxınlaşdığını hiss edirik”.
TBMM sədrinin sözlərinə görə, bu dəyişikliklər artıq ən yaxın perspektivdə baş verəcək və indi dövlətlərin əksəriyyəti onun zəruri olduğunu vurğulayırlar”.

Nəşr edilib : 18.03.2024 11:22