AZ EN RU

Nuhun yurdu, qədim diyar Naxçıvan!

Azərbaycanın qədim diyarı, səmimi insanların məskəni, Naxçıvan! Sən bu günə qədər çox sınaqlardan keçmisən, keşməkeşli günlər görmüsən… Amma öz tarixi irsini, adət-ənənələrini qoruyub saxlamısan! Cənab Prezidentin imzaladığı Sərəncama əsasən bu il muxtariyyətinin 100 yaşını qeyd edirsən! Müstəqilliyin bəhrələrindən güc alaraq, Ümummilli Liderin ideyalarını sədaqətlə yaşadaraq sabaha inamlı addımlarla irəliləyirsən! Qədim Nuh yurdu! Əziz muxtar respublika! Sənə 100-dən sonra neçə-neçə yüzilliklər, minilliklər diləyirəm! Bütün yubileylərini böyük uğur və nailiyyətlərlə qeyd edək, qədim diyar!

Sevda NƏSİR

Nəşr edilib : 01.02.2024 19:24