AZ EN RU

Noyabr ayında ardıcıl 5 gün qeyri-iş günü olacaq

Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.

Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 10 noyabr iş günü ilə 4 noyabr istirahət gününün yerləri dəyişdirilib.

Beləliklə, noyabr ayında ardıcıl 5 gün – 8, 9, 10, 11 və 12 noyabr tarixləri qeyri-iş günü olacaq. Noyabrın 4-ü - şənbə günü isə rəsmi iş günüdür.

Nəşr edilib : 20.10.2023 12:14