AZ EN RU

“Novruz gəldi, yaz gəldi” adlı rəsm sərgisi açılıb

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Novruz gəldi, yaz gəldi” adlı rəsm sərgisi açılıb. 
Tədbirdə Rəssamlar Birliyinin üzvü, sənətşünas Nizami Alıyev çıxış edərək naxçıvanlı rəssamların kətan üzərində baharın gəlişini təsvir edən rəsm əsərlərindən söz açaraq, tədbir iştirakçılarını qarşıdan gələn bayram münasibətilə təbrik edib. 
Qonaqlardan AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktor müavini, dosent Elxan Məmmədov tədbir iştirakçılarını təbrik edərək,  milli adət-ənənələrimizi özündə ehtiva edən Novruz bayramı haqqında danışıb.
Qeyd edək ki, bir həftə davam edəcək sərgidə 15 rəssamın  41 rəsm əsəri nümaiş olunur.

Nəşr edilib : 18.03.2024 21:03