AZ EN RU

Növbəti yubiley tədbiri keçirilmişdir

9 fevral 2023-cü il tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasındaşair-dramaturq İslam Əhməd oğlu Səfərlinin anadan olmasının 100illik yubileyi münasibətilətədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd etmişdir ki,İslam Səfərlinin yaradıcılığında Azərbaycanın poetik xəritəsi canlandırılmışdır. Şairin yaradıcılığında Bakıya və Xəzərə həsr olunmuş şeirlər geniş yer tutur. Onun “Bakı, sabahın xeyir” şeiri ritminə və ahənginə görə asanlıqla mahnıya çevrilmişdir. Bu şeir Bakı haqqındakı mahnıların zirvəsində dayanır. İslam Səfərli Azərbaycan poeziyasında həm də Naxçıvan şeir silsiləsinin görkəmli yaradıcısı kimi qəbul olunur. İslam Səfərlinin Naxçıvan mövzusunda yazılmış iyirmidən çox şeirində Azərbaycanın ayrılmaz parçası olan bu ecazkar yurdun özünəməxsusluqları bütün incəlikləri və dərin mənaları ilə yüksək poetik səviyyədə, orijinal bədii vasitələrlə əks etdirilmişdir.

Sonra AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi Ələkbər Qasımov “İslam Səfərli və teatr”, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının böyük kitabxanaçısı Nuriyyə Mədətova“İslam Səfərlinin Naxçıvan dünyası” adlı mövzularlaçıxış edərəkbildirmişlərki,böyük insan, dramaturq, nəğməkar şair, ictimai xadim İslam Səfərlinin yaradıcılığı çoxşaxəlidir. O ilk şeirlərini 17 yaşında ikən yazıb. Məktəbi bitirdikdən sonra könüllü olaraq 1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş, göstərdiyi rəşadətlərə görə bir sıra orden və medallarla təltif olunmuşdur. Müharibə mövzusu gənc şairin yaradıcılığında da öz əksini tapmışdır. Onun şeirlərinə məşhur bəstəkarlarımız tərəfindən 200-ə yaxın mahnı bəstələnib. Şairin bir çox şeirlərinə bəstələnmiş “Ana”, “Yadıma düşdün”, “Nə vaxta qaldı”, “Aylı gecələr”, “Ay qaşı, gözü qara qız”, “Bir xumar baxışla”, “Qonaq gəl bizə”, “Bakı, sabahın xeyir!”, “Bir könül sındırmışam” və s.mahnılar indinin özündə də dillər əzbəridir və sevilə-sevilə dinlənilir.

İslam Səfərli dramaturq kimi də böyük uğurlar qazanmışdır. Onun “Dar ağacı”, “Ana ürəyi”, “Yol ayrıcında”, “Yadigar”, “Xeyir və şər” dramları, “Qayın arvadı, xayın arvadı” komediyası və bir çox pyesləri indi də sevilən əsərlər sırasındadır. Onun pyesləri dəfələrlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında və Naxçıvan Dövlət Milli Dram Teatrında səhnəyə qoyulub.

Sonra Oxuculara xidmət şöbəsinin müdiri Aysel Əhmədova şairin kitabxananın fondunda olan kitabları haqqında məlumat vermişdir.

Tədbirdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları və fəal oxuculariştirak etmişdir.

 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 09.02.2023 19:19