AZ EN RU

Növbəti xilasetmə əməliyyatı keçirilib

FHN “112” qaynar telefon xəttinə Naxçıvan şəhərində vətəndaşın köməyə ehtiyacı olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən Naxçıvan şəhər üzrə xilasedicilər qrupu hadisə yerinə çıxmışlar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, giriş qapısının arxasında huşsuz vəziyyətdə köməksiz qalmışdır. Vətəndaşın bağlı qapı arxasından xilas edilməsi üçün yaxınları "112" qaynar telefon xəttinə müraciət etmişlər.
Xilasedicilər avtosəbət vasitəsilə pəncərədən içəri düşərək qapını açmış, huşsuz vəziyyətdə olan vətəndaşı təcili tibbi yardım heyətinə təhvil vermişlər.

Ceyhun Məmmədov

Nəşr edilib : 19.09.2023 11:48