AZ EN RU

Növbəti vətəndaş qəbulu Şərur rayonunda keçirilib

Fevralın 1-də Naxçıvan Muxtar Respublikası mədəniyyət naziri vəzifələrinin icraçısı, nazir müavini Həsən Seyidov tərəfindən Şərur rayonunda vətəndaş qəbulu keçirilib.

Qəbulda 45 vətəndaş iştirak edib. Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb. Bəzi suallar cavablandırılmış, müraciətlərin bir qismi araşdırılması üçün nəzarətə götürülmüş, digər müraciətlər isə yerindəcə həll edilmişdir.

Qeyd edək ki, növbəti vətəndaş qəbulu 3 fevral 2024-cü il tarixdə Kəngərli rayonunda keçiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası

Mədəniyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 01.02.2024 18:22