AZ EN RU

Növbəti vətəndaş qəbulu Şahbuz rayonunda keçirilib

Yanvarın 23-də Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov Şahbuz rayonunda vətəndaş qəbulu keçirib.

Rayon Təhsil Şöbəsinin inzibati binasında keçirilən qəbulda 10-a yaxın vətəndaş iştirak edib.

Qəbul zamanı bəzi suallar cavablandırılmış, müraciətlərin bir qismi araşdırılması üçün nəzarətə götürülmüş, digər müraciətlər isə yerindəcə həll edilmişdir.

Nəşr edilib : 23.01.2024 21:27