AZ EN RU

Növbəti vətəndaş qəbulu Babək rayonunda keçirilib

Yanvarın 26-də Naxçıvan Muxtar Respublikası mədəniyyət naziri vəzifələrinin icraçısı, nazir müavini Həsən Seyidov tərəfindən Babək rayonunda vətəndaş qəbulu keçirilib.

Qəbulda 15 vətəndaş iştirak edib. Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb. Bəzi suallar cavablandırılmış, müraciətlərin bir qismi araşdırılması üçün nəzarətə götürülmüş, digər müraciətlər isə yerindəcə həll edilmişdir.

Qeyd edək ki, növbəti vətəndaş qəbulu 27 yanvar 2024-cü il tarixdə Culfa rayonunda keçiriləcək.

Naxçıvan Muxtar Respublikası Gənclər

və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 26.01.2024 16:28