AZ EN RU

Növbəti turun oyunları keçirilib

    16 yaşadək yeniyetmələr arasında keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti turun oyunları keçirilib.
    4-cü turda “Azərbaycan-Naxçıvan” komandası “Şri-Lanka” komandası ilə üz-üzə gəlib. Komandamızın təcrübəli şahmatçısı Hüseyn Seyid Jenit Virantunqa üzərində parlaq qələbə qazanıb. Rəcəb Abdullabəyli isə Kiqts Kiriella ilə “sülh”ə razılaşıb. Keçirilən digər iki oyunda Nazlı Hümbətova Muhammed Nazar Nabilə, Zərifə Abbasova isə Lasandi Minetamaya məğlub olub. Komandamız bu görüşdə ağ-qara taxtanı 1,5:2,5 hesablı məğlubiyyətlə tərk edib.
    Turnir cədvəlinin lideri “Azərbaycan-1” komandası “Türkiyə-Red” komandası ilə oyunda xal itirib – 1:3. “Meksika” komandası ilə qarşılaşan “Azərbaycan-Sumqayıt” komandası da məğlubiyyətlə üzləşib – 0,5:3,5. “Azərbaycan-2” komandası isə bu turda güclü “İran” komandasının müqavimətini qıra bilməyib – 1,5:2,5. “Azərbaycan-3” komandası isə Honqkonq yığması ilə görüşdə çətinliklə üzləşib və sonda qalib gələ bilməyib – 1,5:2,5. Moldova yığması ilə görüşdə “Azərbaycan-4” komandası çətinlik çəkməyib və 3:1 hesablı qələbəyə sevinib.
      Bu turun maraqla gözlənilən oyununda “Qazaxıstan” və “Türkiyə-Anatolia” komandaları qarşılaşıb. Gərgin keçən görüşdə qazaxlar 3:1 hesabı ilə qalib gəlib. “Özbəkistan-1” – “Gürcüstan-1” komandalarının oyununda isə özbəklər 3:1 hesablı qələbə qazanıblar. Hindistan yığması ötən turdan fərqli olaraq bu tur qələbəni bayram edib. Onlar “Özbəkistan-2” komandasından üstün olublar – 3,5:0,5
    4-cü turda keçirilən digər qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb:
    Qırğızıstan – Kuba – 1,5:2,5
    Malayziya – Türkiyə-White – 0,5:3,5
    Monqolustan – Kanada – 3,5:0,5
    Panama – Banqladeş – 0,5:3,5 
    Latviya – CAR-3 – 3:1
    CAR-2 – İngiltərə - 1,5:2,5
    CAR-1 – Livan – 3:1
    Gürcüstan-2 – Misir – 2,5:1,5
    Hazırda turnir cədvəlinə  “Türkiyə-Red” və “Qazaxıstan” komandaları 8 xalla başçılıq edirlər. “Azərbaycan-Naxçıvan” komandası isə 3 xalla 25-ci pillədə qərarlaşıb. 

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 05.10.2022 21:17