AZ EN RU

Növbəti tibbi aksiya təşkil olunub

    Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikasında elan olunmuş “Heydər Əliyev İli” tədbirləri çərçivəsində növbəti aksiya Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi publik hüquqi şəxs tərəfindən keçirilib. Humanitar tibbi aksiyada qrafik əsasında ilk olaraq Doğum Mərkəzinin həkim heyəti Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə olub.
    Tibbi aksiya zamanı məktəbin 30 qadın işçisi arasında ginekoloji müayinələr aparılıb. Ultrasəs müayinəsindən keçirilən qadınlardan 6-da ginekoloji müalicə məqsədilə Doğum Mərkəzinə dəvət edilib, 2 qadın onkoloji problemlə bağlı Onkoloji Mərkəzə yönəldilib. 7 qadında isə klimakterik sindrom aşkarlanaraq məsləhətlər verilib, ailə planlaşdırılması və qadın sağlamlığı haqqında ətraflı məlumatlar verilib. 

Naxçıvan Muxtar Respublikası 
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 28.02.2023 20:14