AZ EN RU

Növbəti təmizlik aksiyası

    5 iyun – Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar Babək rayonu ərazisində yerləşən Güznüt gölü ətrafında təmizlik aksiyası keçirilib. Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyi tərəfindən birgə təşkil olunan aksiya “Gənc­lər ətraf mühitin çirklənməsinə yox deyir!” devizi ilə reallaşıb.
   Aksiyada zəruri sanitar ləvazimatlarla təmin olunan gənclər tullantıları sahələrdən toplayıb, ətrafda səliqə-sahman yaradıblar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

Nəşr edilib : 06.06.2022 18:13