AZ EN RU

Növbəti səyyar qəbul keçirilib

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli səyyar qəbulu növbəti dəfə Parağa kəndi və Parağaçay qəsəbəsinin sakinləri üçün keçirib.

Rəcəb Rəhimli Prezident cənab İlham Əliyevin Vətən müharibəsi zamanı işğaldan azad edilmiş torpaqlarımızda, Şərqi Zəngəzur iqtisadi rayonunda məcburi köçkün olan vətəndaşlarımızın öz yurdlarına qayıtması istiqamətində quruculuq işlərinin həyata keçirilməsi üçün imzaladığı sərəncamların icrasının intensiv şəkildə davam etdirildiyini bildirib. Ölkə başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında Səlahiyyətli Nümayəndəlik İnstitutunun yaradılmasının əhəmiyyətini vurğulayıb.

İcra hakimiyyətinin başçısı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda muxtar respublikanın bütün rayonları kimi, Ordubad rayonunun da şəhər, qəsəbə və kəndlərinin gələcək inkişafının nəzərdə tutulması, müvafiq Proqrama əsasən Ordubad rayonu üçün xüsusi layihələrin hazırlanması, inkişaf strategiyalarının həyata keçirilməsi, rayonun gələcək inkişaf perspektivləri barədə ətraflı danışıb.

Vətəndaş qəbulunda kənd və qəsəbə sakinlərinin, eləcə də Parağa kəndində məskunlaşan Qərbi Azərbaycandan gələn soydaşlarımızın müraciət və təklifləri dinlənilib, məsul şəxslərin iştirakı ilə müvafiq sahələr üzrə müzakirələr aparılıb, görüləcək işlər müəyyənləşdirilib.

Sonda Ordubad Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən müvafiq idarə və təşkilatlara tapşırıqlar verilib.

Nəşr edilib : 05.09.2023 09:53