AZ EN RU

Növbəti qəbul imtahanları keçirilib

    Dövlət İmtahan Mərkəzi iyulun 8-də III, iyulun 9-da isə II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib. 
    Respublikanın 16 şəhər və rayonunda  keçirilən imtahanlarda  III ixtisas qrupu üzrə 18 min 620, II ixtisas qrupu (o cümlədən III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya imtahanı) üzrə isə 20 min 836 nəfər olmaqla, ümumilikdə, 39 min 456 abituriyent iştirak edib. İmtahanların keçirilməsi üçün 161 imtahan binası, 2934 imtahan zalı, 161 ümumi imtahan rəhbəri, 481 imtahan rəhbəri, 3675 nəzarətçi-müəllim, 511 buraxılış rejimi əməkdaşı, 161 bina nümayəndəsi ayrılıb. Naxçıvan Muxtar Respublikasında III ixtisas qrupu üzrə 727, II ixtisas qrupu üzrə 922 abituriyent imtahan verib. İmtahanların keçirilməsi üçün, ümumilikdə, 6 imtahan binası, 136 imtahan zalı, 21 rəhbər, 177 nəzarətçi ayrılıb. İmtahanlar saat 10:00-da başlanıb və 3 saat davam edib. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 10.07.2023 21:45