AZ EN RU

Növbəti profilaktik dezinfeksiya işləri aparılıb

    Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən Naxçıvan şəhərindəki tullantı qutuları və onların ətrafı dezinfeksiya olunub, ərazilər sanitariya qaydalarına uyğun olaraq təmizlənib.
    Naxçıvanda epidemioloji sabitliyin qorunub saxlanılması məqsədi daşıyan bu tədbir muxtar respublikanın rayonlarında da həyata keçirilib, küçə və məhəllələrdə məişət tullantıları atılan qutular, onların yerləşdiyi ərazilər  dərmanlanaraq dezinfeksiya olunub.

Xəbərlər şöbəsi

Nəşr edilib : 17.07.2023 19:25