AZ EN RU

Növbəti məşğələ keçirilib

    Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülkü Müdafiə Alayının təlim poliqonunda göstərici məşğələ keçirilib. “Radiasiya və kimya kəşfiyyatının aparılması, şəxsi heyətin sanitar təmizlənməsi və ərazilərin partlayış təhlükəli maddələrdən təmizlənməsi üzrə şəxsi heyətin fəaliyyəti” mövsuzunda keçirilən göstərici məşğələdə əvvəlcə şəxsi heyətin və tədris nöqtələrinin hazırlığı yoxlanılıb. Plan və təhlükəsizlik qaydaları çatdırılıb.
    Altı təlimdən ibarət məşğələdə  öncə fövqəladə hadisə baş verən rayonda idarəetmə təşkil olunub. Sonra zədələnmə ocaqlarında radiasiya və kimya kəşfiyyatı aparılıb. Şəxsi heyətin sanitar təmizlənməsi həyata keçirilib. Növbəti təlimlərdə ərazilər partlayış təhlükəli maddələrdən təmizlənib, priotexniki taqımın təchizatında olan cihaz və avadanlıqların, maskalanma torunun təyinatı və istifadə qaydaları məşq etdirilib. Məşğələnin sonunda zərərçəkənlərə ilk tibbi yardım göstərilib.
    Qeyd edək ki, məşğələnin keçirilməsində məqsəd radiasiya və kimya kəşfiyyatının aparılması, sanitar təmizlənmə üzrə şəxsi heyətin biliklərinin artırılması, partlayış təhlükəli maddələrin təmizlənməsində priotexniki taqımın fəaliyyətinin yoxlanması və zərərçəkənlərə ilk tibbi yardımın göstərilməsi zamanı tibb heyətinin peşəkarlığının artırılmasıdır. 

Naxçıvan Muxtar Respublikası
 Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 29.11.2022 19:57