AZ EN RU

Növbəti işə qəbul imtahanları aparılır

    Səhiyyə müəssisələrinin kadr ehtiyacının təmin edilməsi və ixtisaslı kadr potensialının artırılması məqsədilə dövlət səhiyyə müəssisələrinə işə qəbul üçün növbəti test imtahanları keçirilir.
    İkincisi keçirilən və 214 müraciətin qeydə alındığı müsabiqədə namizədlərin 189-u orta ixtisas tibb işçisi, 25-i isə həkim vəzifələri üzrə qeydiyyatdan keçib. Ən sıx müsabiqə vəziyyəti tibb bacısı (97) və mama (39) vəzifələri üzrə yaranıb. Rayonlar üzrə ən çox müraciət Şərur (59) və Babək (51) rayonlarındakı səhiyyə müəssisələrində olan vakant vəzifələr üzrə qeydə alınıb.
    İki mərhələdən ibarət olan imtahanın test hissəsi 60 sualdan ibarətdir. Test hissəsi üzrə hər bir düzgün cavab bir balla qiymətləndirilir. Test imtahanının nəticələrinə əsasən 40 və ya daha çox bal toplamış şəxslər imtahandan keçmiş hesab olunur. İmtahanın nəticəsi “test imtahanının nəticəsi haqqında arayış”la rəsmiləşdirilir. 
    İmtahan suallarının klinik tapşırıq hissəsi isə namizədin ixtisasına aid, habelə onun praktik bilik səviyyəsini və peşə vərdişlərini müəyyən edən 5 sualdan ibarət olmaqla yazılı şəkildə keçiriləcək.
    Qeyd edək ki, müsabiqə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2020-ci il  tarixli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında tibb işçilərinin dövlət səhiyyə müəssisələrinə işə qəbulu və sertifikasiyasının aparılması Qaydaları”na əsasən keçirilir. 

Naxçıvan Muxtar Respublikası 
Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti

Nəşr edilib : 22.02.2022 20:01