AZ EN RU

Növbəti interaktiv dərs keçilib

     Heydər Əliyev adına tam orta məktəbin STEAM Tədris Mərkəzindən ümumtəhsil məktəblərinin VI və VII siniflərində təhsil alan şagirdlər üçün STEAM təhsili ilə bağlı növbəti interaktiv dərs təşkil olunub. 
    Təhsil Nazirliyinin STEAM üzrə təlimçisi Ceyran Məmmədova keçilən inter­aktiv dərsdə “Ultimaker Cura 3D proqramından istifadə qaydaları” mövzusunda şagirdlərə ətraflı məlumat verib.         
    Şagirdlər STEAM təhsil sayəsində 3D çap kimi alternativ istehsal üsulları ilə bağlı bacarıqlara yiyələnirlər. İnteraktiv dərsdə şagirdlər Ultimaker Cura 3D proqramı haqqında məlumat əldə edərək dizayn etməyi, sxemlər qurmağı və elektron layihələr yaratmağı öyrənirlər. 
    İnteraktiv dərs muxtar respublikanın STEAM təhsil metodu tətbiq edilən 50-dən çox təhsil müəssisəsində izlənilib.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 21.01.2022 21:45