AZ EN RU

Növbəti imtahanlar keçirilib

Aprelin 2-də Dövlət İmtahan Mərkəzi tərəfindən əvvəlki illərin məzunları üçün qəbul imtahanının  I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı, mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı, eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı, buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı keçirilib.
Respublikanın 18 şəhər və rayonunda təşkil olunan imtahanda 27 min dən çox abituriyent iştirak edib. İmtahanların idarə olunması üçün 118 ümumi imtahan rəhbəri, 337 imtahan rəhbəri, 2657 nəzarətçi-müəllim, 360 buraxılış rejimi əməkdaşı və 118 bina nümayəndəsi ayrılıb.
Naxçıvan Muxtar Respublikasında 7 binada keçirilən imtahanlarda 1562 şagird iştirak edib. 129 zalda təşkil edilən imtahanların idarə edilməsinə 19 rəhbər, 154 nəzarətçi ayrılıb. İmtahan saat 11-də başlayıb və 3 saat davam edib.
Nəticələrin yaxın günlərdə elan olunması nəzərdə tutulur. 


Güntac ŞAHMƏMMƏDLİ

 

Nəşr edilib : 02.04.2023 14:00