AZ EN RU

Növbəti imtahanlar keçirilib

    Aprelin 3-də Dövlət İmtahan Mərkəzi tərəfindən əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasından kolleclərə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı, mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı, eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı, buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı təşkil edilib. 
    Naxçıvan Muxtar Respublikasında imtahanların keçirilməsi üçün 6 imtahan binası, 127 zal ayrılıb. 1508 nəfərin iştirak etdiyi, 18 rəhbər, 152 nəzarətçinin cəlb olunduğu imtahan 1100-da başlanıb və 3 saat davam edib. 
    İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıqtipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 04.04.2022 18:57