AZ EN RU

Növbəti buraxılış imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi aprelin 30-da ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanı keçirib.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 208 imtahan binası, 3664 imtahan zalı ayrılıb. 48 mindən çox şagirdin iştirak etdiyi imtahanların idarə olunmasına 600 imtahan rəhbəri və ümumi rəhbər, 4533 nəzarətçi-müəllim, 669 buraxılış rejimi əməkdaşı (mühafizə), 208 bina nümayəndəsi ayrılıb. İmtahanlarda iştirak edən nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilib.

Naxçıvan Muxtar Respublikasında imtahanlar 18 binada təşkil edilib. 4653 şagirdin iştirak etdiyi imtahan 386 zalda keçirilib. Onun idarə olunmasına 58 rəhbər, 463 nəzarətçi ayrılıb. İmtahan 11:00-da başlayıb və 3 saat davam edib. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

Nəticələr yaxın günlərdə elan olunacaq.

Güntac ŞAHMƏMMƏDLİ

 

 

Nəşr edilib : 30.04.2023 13:25