AZ EN RU

Növbəti biotexniki tədbir keçirilib

Çöl heyvanlarının sıx məskunlaşdığı və qalın qar örtüyünün müşahidə olunduğu ərazilərdə onların qida maddələrinə, həmçinin mineral duzlara olan ehtiyacının qismən ödənilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən biotexniki tədbirlər həyata keçirilir.

Növbəti biotexniki tədbir 25 yanvar 2024-cü il tarixdə Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının əməkdaşları və ekologiya könüllülərinin iştirakı ilə Şahbuz rayonunun Biçənək kəndi yaxınlığındakı dağlıq ərazi keçirilmişdir. Milli Parkının əməkdaşları və könüllülər tərəfindən əraziyə 20 kip qaba yem və 200 kiloqramdan çox daşduz dağıdılmışdır.

Tədbirin əhəmiyyəti barədə ətraflı məlumatlandırılan gənclər tədbirdə aktiv iştirak ediblər. 

Fauna ehtiyatlarının mühafizəsi və artırılması məsələsini daim diqqət mərkəzində saxlayan Nazirlik, biotexniki tədbirləri zərurət yaranan digər ərazilərdə də davam etdirəcək.

Nəşr edilib : 25.01.2024 17:41