AZ EN RU

Növbəti auksion keçirilib

Naxçıvan Muxtar Respublikasında yerin təki sahəsinin istifadəyə verilməsi üzrə növbəti auksion təşkil edilib.
Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu ərazisində yerləşən “Çalxanqala” tuf yatağından ayrılmış 4 hektar sahə hərraca çıxarılıb.
Başlanğıc qiyməti 44 min manat olan auksion 50 min 200 manatla yekunlaşdırılıb. Auksionun qalibi "Reges Alçı-Zavod" MMC şirkəti olub.

Nəşr edilib : 29.02.2024 17:56