AZ EN RU

Növbəti “Açıq qapı” günü keçirilib

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları "Açıq qapı" günləri çərçivəsində növbəti qəbulu avqustun 08-də Ordubad rayonunda təşkil ediblər.

Ordubad Rayon Məhkəməsinin inzibati binasında baş tutan görüş zamanı qəbula gələn vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər əsasən ədliyyə orqanlarının fəaliyyət istiqamətləri üzrə icra və notariat fəaliyyəti ilə bağlı olub,  qanunvericiliyə uyğun rəsmiləşdirilib. Vətəndaşlara qanunvericilik çərçivəsində hüquqi yardım göstərilib, yerində həll edilməsi mümkün olan məsələlər həll edilib və araşdırma tələb edən müraciətlər qeydə alınaraq nəzarətə götürülüb.

Qeyd edək ki, “Açıq qapı” günlərinin muxtar respublikanın şəhər və rayonlarında  keçirilməsi davam etdirilir. Növbəti qəbulun keçirilmə tarixi barədə nazirliyin rəsmi sosial şəbəkə hesablarında əvvəlcədən məlumat veriləcəkdir.

 Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 09.08.2023 12:15