AZ EN RU

Növbədənkənar prezident seçkilərinə namizədini irəli sürmüş YAP səlahiyyətli nümayəndələri təyin edib

Növbədənkənar prezident seçkilərinə namizəd irəli sürmüş Yeni Azərbaycan Partiyasının (YAP) iki səlahiyyətli nümayəndəsi təyin edilib.

Bu barədə qərar Yeni Azərbaycan Partiyası İdarə Heyətinin genişləndirilmiş iclasında qəbul olunub.

Onlardan biri Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, digəri isə Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini, Baş nazirin müavini Əli Əhmədovdur.

Nəşr edilib : 15.12.2023 11:46