AZ EN RU

“Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Naxçıvan Muxtar Respublikasının Qanunu

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 24-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

"Normativ hüquqi aktlar haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin:

1. 23-cü maddə üzrə:

1.1. adına “hazırlanmasının” sözündən sonra “, razılaşdırılmasının, qəbul edilməsinin və dərc edilməsinin” sözləri əlavə edilsin;

1.2. 23.1-ci və 23.2-ci maddələrə “hazırlanması” sözündən sonra                “, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi” sözləri əlavə edilsin.

2. 25-ci maddə üzrə:

2.1. 25.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“25.2 Bu Qanunun 25.3-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, bir və ya bir neçə normativ hüquqi aktda dəyişikliklər edildikdə, həmçinin bir və ya bir neçə normativ hüquqi akt ləğv edildikdə, həmin dəyişiklikləri və ya ləğvetməni nəzərdə tutan aktın adında dəyişikliklər edilən və ya ləğv edilən normativ hüquqi aktın (aktların) adı (adları) göstərilməlidir.”;

2.2. aşağıdakı məzmunda 25.3-cü və 25.4-cü maddələr əlavə edilsin:

“25.3. Aşağıdakı hallarda dəyişikliklər edilən və ya ləğv edilən normativ hüquqi aktın (aktların) adının (adlarının) göstərilməməsinə yol verilir:

25.3.1. ad və ya rəqəm dəyişiklikləri ilə əlaqədar bir neçə normativ hüquqi aktlara dəyişikliklər edildikdə və ya bir neçə normativ hüquqi akt ləğv edildikdə;

25.3.2. yeni normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə bir neçə normativ hüquqi aktlara dəyişikliklər edildikdə və ya bir neçə normativ hüquqi akt ləğv edildikdə;

25.3.3. yeni normativ hüquqi aktla həmin aktın tənzimləmə predmetinə aid digər normativ hüquqi akt ləğv edildikdə.

25.4. Bu Qanunun 25.3.2-ci maddəsində nəzərdə tutulmuş hallarda həmin normativ hüquqi aktın adında onun hansı normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar olduğu qeyd edilir.”.

3. 26.10-cu maddənin birinci cümləsinə “tərkib hissəsi olan,” sözlərindən sonra “yarımbəndin nömrəsini təkrarlamaqla” sözləri əlavə edilsin.

4. 26.11-ci maddə üzrə:

4.1. ikinci cümlədən “(abzas yarımbəndin mətninin birinci sətrinə münasibətdə)” sözləri çıxarılsın;

4.2. üçüncü cümlədə “və ya yarımbəndinə” sözləri “, yarımbəndinə və abzasına” sözləri ilə əvəz edilsin.

5. 41-ci maddə üzrə:

5.1. 41.2.2-ci maddəyə “rəhbəri” sözündən sonra “(o olmadıqda isə onun vəzifələrini icra edən şəxs)” sözləri əlavə edilsin;

5.2. 41.4-cü maddədən “, onun vizalanması isə ən geci 5 gün keçənədək” sözləri çıxarılsın və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Normativ hüquqi aktın layihəsi razılaşdırıldıqdan sonra ən geci 7 gün keçənədək vizalanmalıdır, əks halda layihə vizalanmış hesab olunur.”.

6. 43-cü maddə üzrə:

6.1. 43.2.1-ci maddədən “(müvafiq layihələr əlavə olunmaqla (olduğu halda))” sözləri çıxarılsın;

6.2. aşağıdakı məzmunda 43.2-1-ci maddə əlavə edilsin:

“43.2-1. Normativ hüquqi aktın layihəsinin uyğunluğunun təmini haqqında arayışa aşağıdakılar barədə məlumatlar daxil edilməlidir:

43.2-1.1. qanun və fərman layihələrinin qəbul olunması ilə əlaqədar ləğv, dəyişikliklər edilməli və hazırlanmalı olan digər qanun və fərman layihələrinin olub-olmaması (olduğu halda müvafiq layihələr əlavə olunur);

43.2-1.2. layihənin hansı dövlət orqanları (qurumları) ilə razılaşdırıldığı.”.

7. 61.5-ci maddədə “olan” sözü “olub-olmamasından asılı olmayaraq hər hansı” sözləri ilə əvəz edilsin.

8. 70-ci maddə üzrə:

8.1. 70.1-ci maddə ləğv edilsin;

8.2. 70.2-ci maddədə “olaraq zəruri hallarda” sözləri “normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə” sözləri ilə əvəz edilsin.

9. 71.3-cü maddə ləğv edilsin.

10. 79.4-cü maddənin ikinci cümləsindən “, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi məlumatın yayılması üçün xüsusi razılığa (lisenziyaya) zərurət olduqda, hüquqi məlumatın yayılması üçün belə xüsusi razılığın (lisenziyanın) verilmə nömrəsi və tarixi” sözləri çıxarılsın.

AZƏR ZEYNALOV

Naxçıvan Muxtar Respublikası

Ali Məclisi sədrinin birinci müavini

Naxçıvan şəhəri,  02 oktyabr 2023-cü il

Nəşr edilib : 02.10.2023 17:16