AZ EN RU

Nobel mükafatçısından mükafat almağın xoşbəxtliyi...

Naxçıvan Dövlət Universitetinin elmi şurasının qərarı ilə Türk dünyasının tanınmış alimi, Nobel mükafatçısı Əziz Səncərin adına tələbə təqaüdü təsis edilib. Universitetdə tələbələrlə görüşü zamanı ilk tələbə təqaüdü də Nobel mükafatçısının özü tərəfindən təqdim olunub. Belə ki, 2023-2024-cü tədris ilində əldə etdiyi yüksək nəticələrə və ali məktəbin ictimai-mədəni fəaliyyətindəki xüsusi fəallığına görə universitetin tibb ixtisası üzrə III kurs tələbəsi Nəzrin Vazeh qızı Həsənova bu mükafata layiq görülüb.

Adıçəkilən tələbə təqaüdünə layiq görülən Nəzrin Həsənova “Şərq qapısı”na müsahibəsində bildirib ki, həmin an çox qürurlu bir an idi. Əziz Səncər kimi dahi şəxsiyyətin adını daşıyan tələbə təqadünə layiq görülmək mənimçün əvəzsiz bir uğurdur. Bu təqaüd haqda əvvəldən məlumatım yox idi və bunu həmin an elə oradaca öyrəndim. Sürpriz kimi olan bu xəbər qarşısında həddindən çox həyəcanlı idim. Hələ də bu təqaüdü şəxsən Əziz Səncərin özü təqdim etdiyi üçün, çox xoşbəxtəm. Bu günü heç zaman unutmayacam.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 04.06.2024 11:02