AZ EN RU

N.F.Babayevin Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Sərəncamı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II his­səsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Nicat Fəxrəddin oğlu Babayev Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilsin.

     Naxçıvan Muxtar Respublikası

Ali Məclisi sədrinin birinci müavini

AZƏR ZEYNALOV

Naxçıvan şəhəri, 15 mart 2023-cü il

Nəşr edilib : 16.03.2023 19:01