AZ EN RU

Nəsrin Babayeva ilin gəncləri sırasında

Lənkəran Dövlət Universitetində "İlin gənci" nominasiyaları üzrə mükafatlandırma mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb. Daha sonra gənclər mükafatlandırılıb. Gənclər və idman naziri Fərid Qayıbov və nazir müavini İndira Hacıyeva nominasiya qaliblərinə diplom, plaket və pul mükafatı təqdim ediblər.
Mükafatlananlar arasında Naxçıvandan olan gənc Nəsrin Babayeva da var.
Məlumat üçün bildirək ki, Babayeva Nəsrin Talıb qızı 2005-ci ildə Naxçıvan şəhərində anadan olub. 2011-2022-ci illərdə  Heydər Əliyev adına tam orta məktəbdə təhsil alıb. Hazırda Naxçıvan Dövlət Universitetində Tərcümə (ingilis-Azərbaycan dilləri) ixtisası üzrə təhsil alır. Tələbə Gənclər Təşkilatında Şahmat Klubunun sədridir. 10 ildən artıqdır ki, şahmatla məşğul olan, FİDE ustası Nəsrin həm də bu sahədə fərdi mentorluq edir. Beynəlxalq arenada müxtəlif uğurlar qazanıb. Türkiyədə keçirilən açıq turnirlərin, beynəlxalq yarışların qalibi və mükafatçısıdır. "Serbiya Open - 2021"  beynəlxalq turnirinin birincisi olub. Qadınlardan ibarət milli komandanın heyətində Avropa çempionatında iştirak edib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 03.02.2024 14:16