AZ EN RU

Nəsrəddin Tusi adına fizika-riyaziyyat olimpiadasının qalibləri mükafatlandırılıb

Martın 29-da Naxçıvanda ilk dəfə olaraq keçirilən Naxçıvan Riyaziyyat Müəllimlərinin l Təhsil Forumunda  Nəsrəddin Tusi adına fizika-riyaziyyat olimpiadasının  qaliblərinə mükafat və diplomlar təqdim olunub.  
Qeyd edək ki, V-VIII sinif şagirdləri arasında keçirilən fizika-riyaziyyat  olimpiadası  üç turdan ibarət olub. Yanvarın 23-də  keçirilən məktəb turunda 5 mindən artıq, fevralın 17-də  keçirilən rayon turunda 1000-ə yaxın, martın 16-da keçirilən muxtar respublika turunda isə 214 şagird iştirak edib, onlardan 35-i I, II və III yerlərin qalibi olub.
Olimpiadanın keçirilməsində əsas məqsəd istedadlı şagirdləri aşkar etmək, onların potensial imkanlarının inkişafını təmin etmək, beynəlxalq olimpiadalara namizəd şagirdləri müəyyənləşdirməkdən ibarətdir.
Olimpiada Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Təhsil İnstitutu, “Kapital Bank”, “Paşa Sığorta”, “Paşa Həyat Sığorta”  və “Kvant Akademiya”nın dəstəyi  ilə keçirilib.

Nəşr edilib : 30.03.2024 10:52