AZ EN RU

Nəsrəddin Tusi adına fizika-riyaziyyat olimpiadasının məktəb turunda 5 mindən artıq şagird iştirak edib

Yanvarın 23-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin V-VIII sinif şagirdləri arasında Nəsrəddin Tusi adına fizika-riyaziyyat fənləri üzrə olimpiadanın məktəb turu keçirilib. 
Olimpiadanın məktəb turunda 5 mindən  artıq şagird iştirak edib. 
Qeyd edək ki, olimpiadanın keçirilməsində əsas məqsəd istedadlı şagirdləri aşkar etmək, onların potensial imkanlarının inkişafını təmin etmək, beynəlxalq olimpiadalara namizəd şagirdləri müəyyənləşdirməkdən ibarətdir.
Olimpiadanın rayon mərhələsinin qalibləri diplom, təltifnamə, muxtar respublika mərhələsinin qalibləri isə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən fəxri fərman və qiymətli hədiyələrlə təltif olunacaq.

Nəşr edilib : 23.01.2024 17:22