AZ EN RU

Nəşi tapılan əsgərimiz Ordubadda dəfn olunub

"Şərq qapısı" xəbər verir ki, iyunun 9-da naməlum şəraitdə itkin düşərək həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Ceyhun Tofiq oğlu Hüseynov bu gün Ordubad rayonunun Gənzə kənd qəbirstanlığında torpağa tapşırılıb.
Onu nəşi Ordubad rayonu Gənzə kəndinə gətirilib. Evindən mərhumla vida mərasimi keçirilib, daha sonra cənazə namazı qılınıb.
C.Hüseynov Gənzə kənd qəbirstanlığında torpağa tapşırılıb. Dəfn mərasimində rayon icra hakimiyyətinin nümayəndələri, Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçular, rayon və kənd sakinləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, faktla bağlı cinayət işi başlanılıb. Hüseynov Ceyhun Tofiq oğlunun nəşi bu gün səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində aşkar edilərək şəxsiyyəti müəyyən edilib.
Hazırda istintaq davam etdirilir.

Nəşr edilib : 11.06.2024 23:57