AZ EN RU

Nəqliyyat vasitəsindən gümüş aşkar edilib

    Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin, Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İrandan Türkiyəyə pambıq lifinin tullantıları yükü aparan nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. 
    Yoxlama zamanı yük-nəqliyyat vasitəsinin qoşqusunun ön hissələrindəki boşluqlardan 11 ədəd külçə formasında, üzəri folqa ilə örtülmüş, 14 bükümdə isə qırıntı halında olmaqla, 990 əyarlı, ümumilikdə, çəkisi 36,946 kiloqram, dəyəri 41436 Azərbaycan manatı olan gümüş aşkar edilərək götürülüb.
    Faktla bağlı araşdırmalar davam etdirilir.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Mətbuat və 

İctimaiyyətlə Əlaqələr İdarəsi
 

Nəşr edilib : 16.08.2023 14:32